www.nice.az > Xəbərlər > Dünya pullarını idarə edənlər nə qədər maaş alır?
Dünya pullarını idarə edənlər nə qədər maaş alır?6 dekabr 2010. Müəllif: HiTMaN |
![]() Ən yüksək və aşağı maaş alanların siyahısı Dünya iqtisadiyyatının 50 faizinə hökm edən ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bir çox digər həmkarları ilə müqayisədə olduqca aşağı maaş aldığı müəyyən edilib. ABŞ-ı qlobal maliyyə böhranından çıxarmaq məsələsində uğur qazanması mübahisəli məsələ olsa da, Ben Bernanke Avropa, Kanada, Yaponiya və yardım üçün Avropa Birliyinə ən sonuncu müraciət edən İrlandiya məsləkdaşları kimi çox pul qazanmır. Məlumat üçün deyək ki, ABŞ-la müqayisədə olduqca kiçik bir iqtisadiyyat sahibi olan Maltanın Mərkəzi Bankının prezidenti belə Ben Bernankedən daha çox maaş alır. İsveçrə Mərkəzi Bankanın rəhbəri Filipp M. Hildebrand İllik maaşı: 860 min 455 dollar dünya üzrə ÜDM: 0.45 Hong Kong Mərkəzi Bankının rəhbəri Norman Çan İllik maaşı: 774 min 179 dollar dünya üzrə ÜDM: 0.43 Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe İllik maaşı: 482 min 751.2 dollar dünya üzrə ÜDM: 0.56 İrlandiya Mərkəzi Bankının rəhbəri Patrik Honohan İllik maaşı: 359 min 608 dollar dünya üzrə ÜDM: 0.25 İngiltərə Mərkəzi Bankının rəhbəri Mervin A. Kinq İllik maaşı: 473 min 871 dollar Dünya üzrə ÜDM: 3.07 Yaponiya Mərkəzi Bankının rəhbəri Masaaki Şirakava İllik maaşı: 472 min 195 dollar Dünya üzrə ÜDM: 5.96 Kanada Mərkəzi Bankının rəhbəri Mark J. Karney İllik maaşı: 441 min 945 dollar dünya üzrə ÜDM: 1.84 Malta Mərkəzi Bankının rəhbəri Maykl C. Bonello İlllik maaşı: 214 min 192 dollar dünya üzrə ÜDM: 0.01 ABŞ Mərkəzi Bankının rəhbəri Ben Bernanke İllik maaşı: 196 min 700 dollar dünya üzrə ÜDM: 20.42 Braziliya Mərkəzi Bankının rəhbəri Enrike Kampos Mirelles İllik maaşı: 83 min 185 dollar dünya üzrə ÜDM: 2.88 Qeyd edilən maaşlar 2009-cu il üçün etibarlıdır, lakin İsveçrə və İrlandiya mərkəzi bank rəhbərlərinin maaşları 2010-cü il üçün hesablanıb |