www.nice.az > Xəbərlər > Bakı dünyanın ən bahalı şəhərlərindəndir
Bakı dünyanın ən bahalı şəhərlərindəndir4 dekabr 2010. Müəllif: krik |
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında Azərbaycan paytaxtı bahalığına görə İstanbul və Ankaranı geridə qoyub Bu il də hər dəfə olduğu kimi dünyanın tanınmış “ECA International†konsaltinq şirkəti əcnəbilər üçün dünyanın ən bahalı şəhərlərinin siyahısını açıqlayıb. Belə ki, “ECA International†bu siyahını hazırlayarkən ölkələrdəki yaşayış dəyəri və bu ölkələrdə olan son iş nəticələri dərc edib. Buraya ölkələrdəki istehlak malları və ümumi istehlak xidmətləri də nəzərə alınıb. Sorğu öyrənilərkən dünyanın 400 şəhərində qiymətlərin səviyyəsi müqayisə edilib. Builki reytinqə görə, siyahıya Yaponiyanın paytaxtı Tokio şəhəri başçılıq edir. Ötən il üçüncü olan Yaponiya paytaxtı bu il ən bahalı şəhərlərin liderliyinə yüksəlib. İlk üçlüyü Anqolanın paytaxtı Luanda və Yaponiyanın Naqoya şəhəri tamamlayır. Siyahıda Avropanın ən bahalı şəhəri Paris olub. Builki reytinqdə Norveçin paytaxtı Oslo 6-cı, Latın Amerikasının ən bahalı şəhəri, Venesuelanın paytaxtı Karakas isə 16-cı yerdə qərarlaşıb. Ötən il siyahıda 25-ci olan qonşu Rusiyanın paytaxtı Moskva bu il 14-cü yerə yüksəlib. Qardaş Türkiyənin İstanbul şəhəri 62-ci pilləni 38-ci, Ankara şəhəri isə 69-cu pilləni 49-cu pilləyə dəyişib. Təbii ki, siyahıda Azərbaycanın da paytaxtı var. Belə ki, Bakı hər iki Türkiyə şəhərini geridə qoymaqla, 20 pillə irəliləyib və dünyanın 29-cu ən bahalı şəhərinə çevrilib. Qeyd edək ki, reytinq tərtib olunarkən analitiklər qida, alkoqol, siqaret, texnika və benzinə sərf olunan əsas xərcləri də nəzərə alıblar. Siyahını oxucularımıza tam olaraq təqdim edirik: 1 Tokio 3 2 Luanda 1 3 Naqoya 8 4 Yokohama 6 5 Kobe 9 6 Oslo 4 7 Sürix 11 8 Cenevrə 10 9 Stavanger 7 10 Bern 13 11 Bazel 14 12 Kopenhagen 5 13 Kinşasa 37 14 Moskva 25 15 Helsinki 15 16 Karakas 2 17 Libreville 12 18 Təl-Əviv 20 19 Rio de Janeiro 51 20 Auja 55 21 Qüds 22 22 Seul 56 23 Kanberra 64 24 Paris 16 25 Sidney 65 26 Sao Paulo 71 27 Stokholm 23 28 Manhetten 38 29 Bakı 49 30 Brazilia 70 31 Abidjan 17 32 Honq Konq 52 33 Melburn 72 34 Honolulu 50 35 Perth 78 36 Brisbane 73 37 Vyana 18 38 İstanbul 62 39 Nyu York 60 40 Berlin 19 41 Şanxay 53 42 Sinqapur 79 43 Pekin 61 44 Adelaide 82 45 Hötenburq 42 46 Brüssel 21 47 Sankt Peterburq 83 48 Lagos 74 49 Ankara 69 50 Mərkəzi London 54 |