www.nice.az > Xəbərlər > Facebook hər şeyi yaddaşında saxlayır

Facebook hər şeyi yaddaşında saxlayır


1 dekabr 2010. Müəllif: damn think
Facebook hər şeyi yaddaşında saxlayır

Facebook"a yüklədiyiniz və sonra sildiyiniz fotoşəkillərdən tamamilə xilas olduğunuzu düşünürsünüzsə yanılırsınız. Çünki, "Facebook"dan silinən fotoşəkillər sistemli şəkildə yaddaşa atılır.

Belə ki, "Ars Technica"nın redaktorlarından Jacqui Çeng, fotoşəkilini yüklədikdən sonra bu fotoşəkilini hesabından silir. Ancaq fotoşəkilinin URL-unu (yəni əlaqə ünvanını) saxlayır. Bir ildən sonra linkdən istifadə edən Çeng, fotoşəkilin hələ də "Facebook" da qaldığını görür.

Bənzər şəkildə fotoşəkillərini "Facebook"a yükləyən və sonradan bu fotoşəkilləri silən istifadəçilərin başına bu cür hadisələr çox gəlib. Bunun səbəbi isə istifadəçinin fotoşəkilini silməsinə baxmayaraq "Facebook" serverlərində avtomatik qeydiyyata düşməsidir. Buna görə də Facebook"a şəkil yükləyərkən diqqətli olmaq tövsiyə olunur. Bundan əlavə səhifənizdə yerləşdirdiyiniz ünvan və məlumatlar da serverə ötürülür.