www.nice.az > Xəbərlər > Dünyanın ən bahalı yolka oyuncağı
Dünyanın ən bahalı yolka oyuncağı28 noyabr 2010. Müəllif: krik |
Yeni il bayramı ərəfəsində dünyanın ən bahalı yolka oyuncağı mağazaların vitrinlərini bəzəyə bilər. Belə ki, İngiltərədə briliyyant qaşlarla bəzədilmiş və üzərində qar dənəcikləri təsvir edilmiş oyuncaq hazırlanıb. Oyuncağı İngiltərənin "Hallmark Jewellers of Titchfield" şirkətinin şəriki olan Mark Hussey hazırlayıb. Dünyanın ən bahalı oyuncağının hazırlanmasında briliyyantdan başqa ağ qızıldad da istifadə edilib. Oyuncaq öz oxu ətrafında fırlanan yer kürəsini xatırladır. Onun oxu üçün istifadə edilən daşlar isə qırmızı yaqutdur. Qiymətli daşlarla bəzədilmiş oyuncağın dəyəri 82 min funt sterlinqdir (təxminən 130 min dollar). |