www.nice.az > Xəbərlər > İspaniyalı qadın Günəşi aldı

İspaniyalı qadın Günəşi aldı


29 noyabr 2010. Müəllif: Devid
İspaniyalı qadın Günəşi aldı

49 yaşlı ispaniyalı Anxeles Dyuran adlı qadın yerli notarial kontorların birində Günəşi öz adına təsdiq etdirib. İspaniyanın “El Mondo”w nəşrinin yazdığına görə, artıq bu sənədə görə Günəş A. Dyuranın şəxsi mülkiyyəti sayılır.

Onun sözlərinə görə, bu ideya onun ağlına bir amerikalının Ayı öz adına qeydiyyata aldığı barədə qəzetlərin birində oxuduğu məqalədən sonra gəlib. Salvaterra-do-Mino əyalət şəhərciyinin sakini bildirib ki, ölkələr planetlərə və ulduzlara sahib ola bilməzlər. Amma fərdi şəxslər üçün belə bir qadağalar yoxdur:

“Mən qanunu bilirəm, avam da deyiləm. Bunu hər kəs edə bilər. Amma bu ideya ilk olaraq mənim ağlıma gəlib”, deyə Anxeles Dyuran bildirib. Bundan sonra o, bütün Günəşdən istifadə edənlərdən ödəniş almaq niyyətindədir.