www.nice.az > Xəbərlər > Barak Obama

Barak Obama


28 noyabr 2010. Müəllif: NiXaTo
Barak Obama

Onun sifətinə 12 tikiş qoyulub

ABŞ prezidenti Barak Obama basketbol oyunu zamanı zədə alıb. Bu barədə məlumatı Ağ evin mətbuat xidməti yayıb. Həkimlər dövlət başçısının sifətinə 12 tikiş qoymalı olublar.

Barak Obamanın dodağının partlamasının səbəbləri ilə bağlı ziddiyyətli məlumatlar var. Onlardan bəzilərində prezidentin üzünə top dəydiyi bildirilir. Lakin “Associated Press” agentliyi Ağ evin mətbuat katibi Robert Gibbsə istinadən məlumat yayıb ki, kimsə Barak Obamanın sifətinə zərbə vurub.