www.nice.az > Xəbərlər > Misir Mərdanovun Hicabla bağlı qərarı ARK-na tam ziddir

Misir Mərdanovun Hicabla bağlı qərarı ARK-na tam ziddir


25 noyabr 2010. Müəllif: Azeri-islam
Misir Mərdanovun Hicabla bağlı qərarı ARK-na tam ziddir

Azərbaycan Respublikasının Konstitusiyasından bəzi maddələr və bəndlər.
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” (II/12.1)
- Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (III/24.1)
- ...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır (III/25.3)
- Heç kəsə bu maddənin III hissəsində (III/25.3) göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz
- Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (III/26.2)
- Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır (III/40.2)
- Hər bir vətəndaşın təhsil almaq hüququ vardır (III/42.1)
- Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir (III/42.2)
- Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz (III/46.2)
- Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz (III/47.2)
- Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır (III/48.2)