www.nice.az > Xəbərlər > Bakının mərkəzindən Bulvara birbaşa keçid tikilir

Bakının mərkəzindən Bulvara birbaşa keçid tikilir


22 noyabr 2010. Müəllif: HiTMaN
Bakının mərkəzindən Bulvara birbaşa keçid tikilir

Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin sifarişi ilə «Körpü Bina Tikinti» MMC Bakı şəhərinin mərkəzində yeni yeraltı keçidin tikintisinə başlayıb
Bülbül prospektində yerləşən və başlanğıcını Üzeyir Hacıbəyov küçəsindən götürən keçid Zərifə Əliyeva küçəsi və Neftçilər prospektini kəsməklə Milli Parkadək uzanacaq
«Azəryolservis» ASC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, uzunluğu 300 metrə çatan keçidin keçdiyi bütün küçələrə çıxışı olacaq. İlkin layihəyə əsasən, keçidin hər yol kəsişməsində 4, yəni ümumilikdə 12 çıxışının olması nəzərdə tutulur. Amma bu, yeraltı kommunikasiya xətlərinin vəziyyətindən asılı olacaq. Bu keçidin tikintisi şəhərin mərkəzindən birbaşa Bakı Bulvarına çıxışı təmin edəcək. Belə ki, sakinlər keçid vasitəsilə Ü.Hacıbəyov küçəsindən birbaşa bulvara gedə biləcəklər

Yeni keçidin artıq gələn il istifadəyə veriləcəyi gözlənilir