www.nice.az > Xəbərlər > Röya haqqında bilmədikləriniz

Röya haqqında bilmədikləriniz


28 noyabr 2010. Müəllif: Sparrow
Röya haqqında bilmədikləriniz

Röya haqqında bilmədikləriniz

Nəcəfova Röyalə (Röya) Yaqub qızı. 1982-ci ildə iyun ayının 14-də Bakı
şəhərində dünyaya gəlmişdir. Əkizlər bürcü, it ilindəndir.Əkizlər bürcü
olduğundan bir az dəyişkən xasiyyətlidir. Ailəsinin iki övladı var. Təxəllüsü Röya Ayxandır. Çox sadə,səmimi,mehriban və çox ağıllı bir
xanimdir. Dostlarına,yaxınları sadiq bir insandır, ən əasası da
sevilməyə dəyər bir xanımdır. Bakı şəhəriri Nəsimi rayonu 5 saylı orta
məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin "
Beynəlxalq Hüquq " fakultəsinə daxil olub. Sənətə bəstəkar Sərvər
Sahbəylinin dəstəyi ilə hələ məktəbdə oxuyarkən gəlib. İlk müəllimi "W-
TRIO" qrupunun rəhbəri Vagif Gərayzadə olub. Qrupu 2002-ci ildə tərk
edib ve solo karyeraya başlayıb. İndiyə kimi Röyanın 2 albomu "Söylə"
(2003) və "İlqar" (2005) işıq üzü görüb. 17 klipi var. 1) Yalan
sözlər, 2) Bilərsənmi, 3) Ayrılıq olmayaydı, 4) Söylə, 5) Qovuşmaz
yolumuz, 6) Qatar, 7) Nazlı yarım, 8) Cücə, 9) Darıxmışam, 10) Gəl
danış, 11) Deyin ona, 12) Gəlmədin, 13) De niyə, 14) ULduz nəgməsi, 15)
Nazlı, 16) Narın yağış,17)Sən oldun. 2004-cu ildə Azərbaycan musiqi
mədəniyyetində göstərdiyi nailiyyətlərə göre "Qızıl Disk" mükafatına
layiq görülüb, 2005-ci ildə keçirilən Beynəlxalq Yalta festivalında
"Tamaşaçı simtatiyası" üzrə laureat oldu, 2006-ci ildə isə (V&V)
prodüsser mərkəzinin keçirdiyi sorğuya əsasən Röya 2 namenasiya üzrə
1) ilin müğənnisi və 2) ilin konserti nomenasiyalari üzrə qalib oldu.
2005-ci ildə Heydər Əliyev adına Respublika Sarayında "Bu gecə" adlı
ilk solo konserti oldu. 2006-ci ildə isə 3 gün yenidən Heydər Əliyev
adına Respublika Sarayında "Darıxmışam" adlı möhtəşəm solo konserti
oldu. 2006-ci ilin Sentyabr ayının 15-dı Şəfa stadionunda baş tutmayan
konsertini Röya elə məhz həmin ayın 22-nə keçirərək Milli parkda
əvəzolunmaz bir konsert ilə əvəzlədi. İstanbul tətili adlı bir filmə
çəkilib. Röya Ayxan həmin filmin baş rolçusu idi. Film Röyanın iştirakı
ilə çox uğurlu alınıb.