www.nice.az > Xəbərlər > Çəhrayı brilyant 45,8 milyon dollara satıldı
Çəhrayı brilyant 45,8 milyon dollara satıldı18 noyabr 2010. Müəllif: krik |
24,78 karatlıq daş yeni qiymət rekordu vurub Cenevrə auksionunda çəhrayı brilyant qiymət rekordu vurub və özünün yeni sahibinə 45,44 milyon İsveçrə frankına (45,75 milyon dollar) başa gəlib. 24,78 karatlıq daş satışdan əvvəl mütəxəssislər tərəfindən 27-38 milyon İsveçrə frankı ilə dəyərləndirilmişdi. Cenevrədəki satışları təşkil edən Britaniyanın “Sotheby's†auksionunun məlumatına görə, çəhrayı brilyantı zərgər Lorens Qraff alıb. Onun qiymətli daşa verdiyi pul 35,36 karatlıq mavi brilyanta məxsus qiymət rekordunu təzələyib. Mavi brilyant 2008-ci ildə 24,3 milyon dollara satılmışdı. |