www.nice.az > Xəbərlər > Hər saatdan bir özünü islatmasa öləcək
Hər saatdan bir özünü islatmasa öləcək17 noyabr 2010. Müəllif: damn think |
Türkiyənin Şanlıurfa şəhər sakini anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir Türkiyənin Şanlıurfa şəhər sakini bir milyonda bir görülən xəstəliyə yaxalanıb. Belə ki, 22 yaşlı Mehmet Şükrü Şəkərin anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir. Bu səbəblə də onun bədənin hərarəti yüksəlir. Xəstəliyi səbəbilə evdən bayıra çıxa bilməyən M. Ş. Şəkər hər saatdan bir başından aşağı su tökür. Üstünə su tökmədən yaşa bilməyən xəstə sırf bu səbəblə heç bir yerdə işləyə bilmədiyini deyib. Xəstəliyin adı kitablarda olmadığı üçün oğlunun işləyə bilməyəcəyinə dair arayış ala bilmədiyini deyən M. Ş. Şəkərin atası baş nazir və səhiyyə nazirindən yardım istəyir. |