www.nice.az > Xəbərlər > Yaşar Nurinin həyatı təhlükə qarşısında!

Yaşar Nurinin həyatı təhlükə qarşısında!


10 noyabr 2010. Müəllif: MuXa
Yaşar Nurinin həyatı təhlükə qarşısında!

Xalq artisti bu gün 1 saylı xəstəxanaya yerləşdirilib

Xalq artisti
Yaşar Nuri səhər saat 10:00 radələrində 1 saylı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır stabil olan aktyor xəstəxananın reanimasiya bölməsindədir. Xəstənin vəziyyəti ağır olduğundan yanına heç kəs buraxılmır. Xəstənin həkimi Yaşar Nuri`nin belə hala düşməsinin əsas səbəbini çox işləməyi ilə izah edib.

1 saylı xəstəxananın nevropatoloqu Şahnaz Şükür İlahinin ANS -ə verdiyi məlumata görə, onun qan təzyiqi yüksək dərəcədə qalxıb.

“Ola bilsin ki, son zamanlar çox işləyib, beyin qidalanması zəifləyib. Böyük bir yorğunluq olub. Bunun da nəticəsində qan təzyiqi qalxıb”, deyə həkim bildirb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti ötən gün pisləşib. Aktyorun qonşularının ANS PRES-ə verdiyi məlumata görə, axşam saat
19:30 radələrində o, təcili yardım maşını ilə “Medi Club” Tibbi Mərkəzinə aparılıb. Qonşunun sözlərinə görə, Yaşar Nuri xəstəxanaya aparılarkən huşu özündə olmayıb.

Aktyorun ailəsi ANS PRESS-ə məlumatında sənətçinin təzyiqinin qalxdığını, eyni zamanda orqanizmində müəyyən fəsadlar yarandığını bildirib.

Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub