www.nice.az > Xəbərlər > 4 kartlı telefonlar gəlir

4 kartlı telefonlar gəlir


9 noyabr 2010. Müəllif: NiXaTo

Çinin Spreadtrum şirkəti dünyada ilk dəfə 4 SİM-kartı dəstəkləyən cip təqdim edib.
“Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, mobil telefon və smartfonlar üçün yaradılmış “SC6699L6” prosessoru eyni vaxtda yalnız bir GSM standartlı şəbəkəyə qoşula bilər.
Bu zaman digər SİM-kartlar gözləmə rejimində olur. Lakin istifadəçi telefonun menyusuna daxil olaraq, müxtəlif SİM-kartları şəbəkəyə qoşa bilər.
“SC6699L6” prosessoru 2,3 və 4 SİM-kartı dəstəkləyəcək. Bu ciplərin nə vaxt satışa çıxarılacağı hələ bilinmir.