www.nice.az > Xəbərlər > Tarixi rekord
Tarixi rekord3 noyabr 2010. Müəllif: NiXaTo |
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən reytinqlə müqayisədə 11 pillə irəliləyib. 91-ci yerə yüksələn və hesabında 361 xal olan millimizin Bakıda Türkiyə üzərində qazandığı qələbə (1:0) reytinq tariximizdə rekord vurub. Belə ki, bu, milli komandamızın FİFA-nın reytinqində 16 illik tarixində ən yüksək göstəricisidir. Son iki oyununda qol vurmadan uduzan Türkiyə (780 xal) isə 8 pillə geriləyərək, 29-cu yerə düşüb. Avro-2012-nin seçmə mərhələsində digər rəqiblərimizdən Almaniya (4-cü yer, 1481 xal) 1, Qazaxıstan (137-ci yer, 167 xal) 11 pillə geriləyib. Belçika (62-ci yer, 499 xal) mövqeyində qaldığı halda, Avstriya (49-cu yer, 574 xal) 12 pillə irəliləyib. Yığmamızın noyabrın 17-də səfərdə yoldaşlıq görüşü keçirəcəyi Çernoqoriya 14 pillə irəliləyərək, 826 xalla 26-cı yerə yüksəlib. Reytinq siyahısında ilk iki pilləsində dəyişiklik olmayıb. Belə ki, son dünya çempionu İspaniya 1881 xalla 1-ci, gümüş medalçı Hollandiya millisi 1683 xalla 2-dir. Beş dəfə dünya çempionu olmaqla ən titullu yığma olan Braziliya (1493 xal) 1 pillə irəliləyərək, 3-cü yerə qalxıb. Qeyd edək ki, yığmamız UEFA-nın reytinqində 44-cü yerdə gedir. Azərbaycan yığmasının FİFA-nın reytinqlərində “Top-100â€ə düşdüyü vaxtlar 1999-cu il İyun reytinqi – 97-ci yer (6 pillə irəliləyib) Baş məşqçi: Əhməd Ələsgərov İyul reytinqi – 99-cu yer (2 pillə geriləyib) Baş məşqçi: Əhməd Ələsgərov Sentyabr reytinqi – 98-ci yer (5 pillə irəliləyib) Baş məşqçi: Əhməd Ələsgərov Oktyabr reytinqi – 98-ci yer (yerində qalıb) Baş məşqçi: Əhməd Ələsgərov Sentyabr reytinqi – 98-ci yer (yerində qalıb) Baş məşqçi: Əhməd Ələsgərov Dekabr reytinqi – 97-ci yer (1 pillə irəliləyib) Baş məşqçi: Əhməd Ələsgərov 2000-ci il Yanvar reytinqi – 97-ci yer (yerində qalıb) Baş məşqçi: Əsgər Abdullayev Fevral reytinqi – 98-ci yer (1 pillə geriləyib) Baş məşqçi: Əsgər Abdullayev 2010-cu il Oktyabr reytinqi – 91-ci yer (12 pillə irəliləyib) Baş məşqçi: Berti Foqts (Almaniya) ![]() ![]() |