www.nice.az > Xəbərlər > "Maşın" realiti şou 11-ci buraxılışına hazırlaşır
"Maşın" realiti şou 11-ci buraxılışına hazırlaşır26 oktyabr 2010. Müəllif: NiXaTo |
![]() Azərbaycanın yeganə realiti şousu olan "Maşın" sayca 11-ci buraxılışına hazırlaşır. Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov açıqlamasında 13 dekabrda start veriləcək şouya Azərbaycan şou-biznesinin ən parlaq ulduzlarının qatılacağını bildirib: "Budəfə realiti şouya layihənin əvvəlki buraxılışlarında qalib olmayan, lakin ən parlaq iştirakçılar cəlb ediləcək. Şou-biznesin ən qalmaqallı ulduzları maşın uğrunda mübarizə aparacaqlar. İştirakçıların siyahısı hələ tam dəqiqləşməyib. Lakin məşhurlardan Aygün Kazımovanın, Röyanın, Natavan Həbibinin, Nura Surinin iştirakı dəqiqləşib". Layihənin hər buraxılışını özünəməxsus adlandıran Murad Dadaşov bu buraxılışa da maraqlı ad qoyub, "The Best Of" (Ən yaxşı). |