www.nice.az > Xəbərlər > Korlar üçün avtomobil
Korlar üçün avtomobil25 oktyabr 2010. Müəllif: krik |
![]() ABŞ-ın Virciniya Politexnik universitetinin alimləri yaxın gələcəkdə tam kor olanların avromobili idarə edə biləcəkləri barədə məlumat yayıblar. Xüsusi olaraq korlar üçün çoxsaylı lazer cihazlarla təchiz edilmiş avtomobil yaradılıb ki, görmə qabiliyyətindən tam məhrum olan insan başqalarının köməyi olmadan onu idarə edə bilər. “Ağıllı†avtomobil maneələrə qədər olan məsafəni özü təyin edir, yolda baş verənlərin hamısını “görür†və vaxtlı-vaxtında sürücüyə xəbər verir. Bunun üçün müxtəlif xəbərdar edilmə üsullarından istifadə edilir. Məsələn, hərəkət sürətini kor avtomobilist xüsusi vibrasiya edən jilet, çarxların dönmə bucağını isə - səslənən sükan çarxı vasitəsilə müəyyən edə biləcək. Bununla bərabər daim səs komandalarını verən bort kompüteri sürücünün diqqətlinin yayınmamasına xidmət edəcək. Alimlərin sözünə görə korlar üçün avtomobilin ilkin sınaqları artıq keçirilib, özüdə müvəffəqiyyətlə. Indisə onlar bu avtomobilin seriyalı istehsalı arzusundadırlar. Lakin burada böyük investisiyalarla bərabər mövcud qanunvericiliyə görmə qabiliyyətindən məhrum olanlara avtomobil idarə etməyə icazə verən dəyişikliklərin edilməsi tələb olunur. |