www.nice.az > Xəbərlər > İnsanı çürüdən böcək
İnsanı çürüdən böcək24 oktyabr 2010. Müəllif: krik |
Mərkəzi Afrika ölkələrindən olan Uqandada dəhşətli xəstəlik peyda olub. Uqandada peyda olan naməlum böcək insanların bədəninə girərək ölümə səbəb olur. Uqandanın səhiyyə naziri Ceyms Kakoza bildirib ki, son bir ay ərzində bu böcəklər 20 nəfərin həyatına son qoyub. Belə ki, böcəklər insanın ayağına yapışaraq onun bədəninə daxil olur. Bundan sonra parazitlər qanda sürətlə çoxalır və damarlardakı qırmızı qan hüceyrələrini – eritrositləri yeməyə girişir. Bununla da insan bədənində çürümə prosesi başlayır. Bədəni zəif xəstələr və uşaqlar daha tez bu xəstəliyin qurbanı ola bilər. |