www.nice.az > Xəbərlər > İspaniyada siesta üzrə ilk çempionat keçirilir

İspaniyada siesta üzrə ilk çempionat keçirilir


16 oktyabr 2010. Müəllif: krik
İspaniyada siesta üzrə ilk çempionat keçirilir

İş yerində günorta yuxusu... Nahar edirsiniz və yataraq dincəlirsiz...

İnanılmaz səslənsə də İspaniyada bunu edən şirkətlər var. Hətta o qədər populyardır ki, bunun yarışı da keçirilir. İspanlar günorta yuxusuna siesta adını veriblər. Siestanın dostları assosiasiyası tərəfindən təşkil olunan yarış 8 gün davam edəcək.

Müsabiqə ərzində paytaxt Madridin kənarındakı böyük ticarət mərkəzlərindən birində hər gün 5 nəfər nömrələnmiş divanlarda yatacaq. Müsabiqə iştirakçıları yatmaq üçün heç də ən əlverişli yer olmasa da, ən qısa zamanda yuxuya getməyə çalışacaqlar.

Kimin yatmış, kimin oyaq olduğunu isə həkim müəyyən edir. O, bunun üçün ürək döyüntülərini ölçən cihazdan istifadə edəcək. Jüri xorultunun gücü, yatma vəziyyətinin orijinallığı və ən maraqlı gecə geyiminə görə yarışanları qiymətləndirəcək. Qalibə isə min avro dəyərində pul mükafatı ilə yanaşı, nüfuzlu siesta üzrə ölkə çempionu titulu təqdim olunacaq.