www.nice.az > Xəbərlər > Yüzlərlə dinozavr yumurtası aşkarlanıb!
Yüzlərlə dinozavr yumurtası aşkarlanıb!12 oktyabr 2010. Müəllif: krik |
Diametri 13-23 sm olan yumurtalar torpaq altındakı qatlarda tapılıb. Hindistanda bir qrup alim 65 milyon il əvvəl yaşamış yüzlərlə dinozavr yumurtası aşkar edib. Nümunələr müxtəlif universitetlərə göndərilib və artıq oradan müvafiq təsdiq gəlib.Diametri 13-23 sm olan yumurtalar torpaq altındakı qatlarda tapılıb. Hindistan mütəxəssislərinin sözlərinə görə, bu kəşfin elm üçün xüsusi dəyəri var. Bunlar dinozavrların məhv olmasının səbəbini tapmaqda kömək edəcək.Maraqlı faktlardan biri də budur ki, yumurtalar müxtəlif qatlardan tapılıb. Bu da o deməkdir ki, dinozavrlar uzun müddət buralara gəlib.Digər kiçik bir detal ondan ibarətdir ki, yumurtaların üz qabığında vulkan külü aşkar olunub. Bu ona dəlalət edir ki, dinozavrlarının məhvi vulkanik fəallıqla əlaqəlidir. |