www.nice.az > Xəbərlər > Türkiyə millisinin Azərbaycan yığmasına qarşı çıxış edəcək heyəti açıqlanıb
Türkiyə millisinin Azərbaycan yığmasına qarşı çıxış edəcək heyəti açıqlanıb3 oktyabr 2010. Müəllif: krik |
![]() Futbol üzrə Türkiyə millisinin 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya millilərinə qarşı oyunlar üçün heyəti açıqlanıb. Türkiyə Futbol Federasiyasının məlumatına görə, heyətdə aşağıdakı oyunçular yer alıblar: Qapıçılar: Volkan Demirəl (Fənərbağça), Hakan Arıkan, Cenk Gönen (Beşiktaş), Onur Rəcəb Kıvrak (Trabzonspor) Müdafiəçilər: Gökhan Gönül (Fənərbağça), Səbri Sarıoğlu, Sərvət Çətin, Hakan Kadir Balta (Qalatasaray), Ömər Ərdoğan (Bursaspor), İbrahim Toraman, İsmail Köybaşı (Beşiktaş), Ceyhun Gülselam (Trabzonspor) Yarımmüdafiəçilər: Həmid Altıntop (Bayer), Mehmet Aurelio, Nəcib Uysal (Beşiktaş), Səlcuq Şahin, Əmrə Belözoğlu, Özər Hurmacı (Fənərbağça), Nuri Şahin (Borussiya), Səlcuq İnan (Trabzonspor), Arda Turan (Qalatasaray) Hücumçular: Tuncay Şanlı (Stok Siti), Xəlil Altıntop (Ayntraxt), Semih Şəntürk (Fənərbağça), Mövlüd Erdinç (PSJ), Nihat Kahveci (Beşiktaş), Sercan Yıldırım (Bursaspor). Türkiyə milisi oktyabrın 8-də Berlində Almaniya, oktyabrın 12-də isə Bakıda Azərbaycan yığmaları ilə qarşılaşacaq. Türkiyəli futbolçular “Türkiyə Hava Yollarıâ€na məxsus təyyarə ilə oktyabrın 9-da səhər Berlindən Bakıya gələcək və “Hyatt Park†otelində qalacaqlar. Oktyabrın 11-də saat 20.15-də Türkiyə millisinin baş məşqçisi Qus Hiddinq və iki oyunçu Töfiq Bəhramov adına stadionda mətbuat konfransı keçirəcəklər. Türkiyə millisi Bakıya oktyabrın 13-də səhər tərk edəcək. |