www.nice.az > Xəbərlər > Ledy Qaqa Ginnesin rekordlar kitabında!

Ledy Qaqa Ginnesin rekordlar kitabında!


2 oktyabr 2010. Müəllif: krik
Ledy Qaqa Ginnesin rekordlar kitabında!

Amerikalı müğənni Ledi Qaqa Ginnessin rekordlar kitabına düşüb.

Sənətçi bu həftə internet-axtarış sistemində ən çox izlənən məşhur ad olub.Qaqanın debüt plastinkaları Britaniya musiqi çarxlarında 154 həftə qalıb.

Bundan əvvəlki nailiyyət “Oazis” qrupunun əfsanəvi albomu «What’s the story? Morning glory» olub. O, 20 həftəyə yaxın diqqət mərkəzində olub.

Amerika internet-axtarış sistemində digər populyar ad Birləşmiş Ştatların vitse-prezidentliyinə namizəd olmuş Sara Peylindir. O, populyarlıqda artıq Maykl Ceksonla rəqabətdədir.

Rəsmi agentliklərin məlumatına görə, Ledi Qaqa təzə mal ətindən hazırlanan geyim və uzunboğaz çəkməsinə görə mükafata layiq görülüb. Qaqanın başında mal ətindən hazırlanmış “papaq”, əlində isə “kiçik çanta” olub... Mərasimdən sonra müğənni digər ekstravaqant alt paltarı və digər maraqlı aksessuarlarla aeroporta tərəf yollanıb.

Müğənni müsahibələrinin birində özünü “fövqəlbəşər” insan adlandırmışdı.

Təsadüfi deyil ki, fövqəlbəşər insan «youtube»da bir milyard insan tərəfindən izlənib.