www.nice.az > Xəbərlər > Yığmamız ermənilərə qalib gəldi

Yığmamız ermənilərə qalib gəldi


28 sentyabr 2010. Müəllif: krik
Yığmamız ermənilərə qalib gəldi

Azərbaycanın kişilərdən ibarət komandası Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya olimpiadasının sentyabrın 28-də keçirilmiş 7-ci turunda Ermənistan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.
Komandalar arasındakı yekun nəticə aşağıdakı kimi olub: Şəhriyar Məmmədyarov–Levon Aronyan 0,5:0,5, Teymur Rəcəbov –Vladimir Akopyan 05:0,5, Rauf Məmmədov-Qabriyel Sarkisyan 0,5:0,5, Qədir Hüseynov–Armen Paşikyan 1:0.

Azərbaycanın qadınlardan ibarət yığması isə bu turda Yunanıstan şahmatçılarına 1,5:2,5 hesabı ilə uduzub.
Nəticələr belədir: Zeynəb Məmmədyarova–Yelena Dembo 0,5:0,5, Türkan Məmmədyarova–Maria Botsari 0,5:0,5, Gülnar Məmmədova-Mariya Makropolu 0:1, Xəyalə İsgəndərova-Yekaterini Faxeridu 0,5:0,5.