www.nice.az > Xəbərlər > Quranı yandırmaq ideyası rahibə baha başa gəldi

Quranı yandırmaq ideyası rahibə baha başa gəldi


22 sentyabr 2010. Müəllif: krik
Quranı yandırmaq ideyası rahibə baha başa gəldi

11 sentyabr terrorunun ildönümü ərəfəsində Quranı yandıracağı barədə açıqlama amerikalı rahibə baha başa gəlib. Açıqlaması ilə beynəlxalq qalmaqala səbəb olan floridalı rahib Terri Cons ağır cəza ilə qarşı-qarşıya qalıb. Belə ki, Qainesvil bələdiyyəsi Quranı yandırma mərasiminin gerçəkləşdiriləcəyi kilsənin ətrafında təhlükəsizliyi təmin edən 200 polisə ödədiyi 156 min dollarlıq çeki rahibə yollayıb.

Cons isə bu məbləği ödəməyəcəyini açıqlayıb: "Bu qədər baha başa gələcəyini bilsəydik, heç təhlükəsizlik tədbirlərinin alınmasını istəməzdik".

Bu məbləğin Consun kilsəsinin iflasına səbəb ola biləcəyi bildirilir.

Qeyd edək ki, Terri Cons bir neçə ay əvvəldən 11 sentyabr hadisələrinin ildönümündə Qurani Kərimi yandıracağını açıqlamışdı. Bu, beynəlxalq aləmdə böyük səs-küyə səbəb olmuşdu. Təyziqlərdən sonra rahib "Tanrının ona dur dediyini" hiss etdiyini və bu planından daşındığını açıqlamışdı.