www.nice.az > Xəbərlər > “BMW” yeni “6-cı seriya”sını təqdim edəcək

“BMW” yeni “6-cı seriya”sını təqdim edəcək


21 sentyabr 2010. Müəllif: krik
“BMW” yeni “6-cı seriya”sını təqdim edəcək

“BMW” yeni “6-cı seriya”sını təqdim edəcək

“BMW” yeni “6-cı seriya”sını təqdim edəcək

“BMW” yeni “6-cı seriya”sını təqdim edəcək

“BMW” yeni “6-cı seriya”sını təqdim edəcək


Almaniyanın “BMW” avtomobil konserni Fransanın paytaxtı Paris şəhərində yaxın günlərdə açılacaq avtosalonda özünün yeni “6-cı seriya”sı nı təqdim edəcək. “Automotive News Europe” dərgisinin məlumatına görə, yeni konsept dizayner Adrian fon Quidonk tərəfindən hazırlanıb.

Xatırladaq ki, bu ilin aprel ayında həmin müəllifin və avtomobil istehsalçısının Pekin avtosalonunda dördqapılı “Grand Coupe” konsept-karı ictimaiyyətə təqdim edilmişdi.

Mətbuatda yeni və möhtəşəm modelin rəsmi fotoları artıq yayılıb. O, özündən əvvəlki modellərdən bir qədər uzun və azacıq enlidir. Onun xarici görünüşündə tam yeni elementlər var. Salonun dizaynında da xeyli yeniliklərə rast gəlinir.

Qeyd edək ki, yeni modelin texniki göstəriciləri hələ bəlli olmasa da, onun 6 silindrli 3,0 litr həcmli mühərriklə təchiz olunacağı gözlənilir. 8 silindrli 4,4 litr həcmli mühərrikə malik buraxılışların da olacağı bildirilir.