www.nice.az > Xəbərlər > Azərbaycanlı futbolçu Evertonda?
Azərbaycanlı futbolçu Evertonda?18 sentyabr 2010. Müəllif: krik |
![]() Bakının "Neftçi" komandasının futbolçusu Araz Abdullayevi transfer etməkdə israrlı olan İngiltərə "Everton" klubunun nümayəndələri sabah Bakıya gəlir. Tərəflər oyunçunun keçidi ilə bağlı şərtlərini müzakirə edərək ortaq məxrəc tapmağa çalışacaqlar. İngilislər ilkin şərtləri “Neftçiâ€yə göndərsə də, bakılıların prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında Abdullayevin mənafeyi nəzərə alınaraq, müqaviləyə müəyyən şərtlər əlavə olunub. "Everton" nümayəndələri ilə görüşdə "Neftçi" rəhbərliyi müqavilənin detallarını müzakirə edəcək, öz şərtlərini irəli sürəcək. Əgər müzakirələr uğurla nəticələnərsə, yaxın vaxtlarda "Everton" rəhbərliyi paytaxtımıza səfər edərək, Araz Abdullayevin İngiltərə klubuna keçidi ilə bağlı rəsmi müqaviləyə imza atacaq. |