www.nice.az > Xəbərlər > Metroda yenilik!...
Metroda yenilik!...17 sentyabr 2010. Müəllif: GHoSTMaN |
![]() Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasında yeni turniketlər quraşdırılıb. Burada gediş haqları yeni formada – telefon vasitəsilə ödənilir. Bakı Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva yeniliyin olduğunu təsdiqliyib və deyib ki, bunda sonra metro kartı olmayan şəxslər də metroya minə biləcəklər: “Biz artıq Elmlər Akademiyası stansiyasında pilot layihə həyata keçirmişik. Orda iki yeni turniket quraşdırılıb. Metroya daxil olmaq istəyən hər bir şəxsdə xüsusi kod olacaq. Onlar turniketə yaxınlaşaraq, həmin kodu SMS formasında daxil edib, keçə biləcəklərâ€. Nəzakət Tarverdiyeva onu da bildirdi ki, yeni sistemlə bağlı bütün işləri “Mobysky†şirkəti həyata keçirəcək. Hələlik yalnız “Azercell†abunəçiləri bu sistemdən yararlana bilər. Layihə kütləviləşdikdən sonra bütün mobil operator istifadəçiləri bu üsulla metroya daxil ola biləcəklər. |