www.nice.az > Xəbərlər > Sprey köynək
Sprey köynək16 sentyabr 2010. Müəllif: krik |
![]() İngiltərədə professor möcüzəvi kəşfə imza atıb. Manel Torres adlı şəxs 10 illik araşdırmalardan sonra kimyəvi formullu, heç bir toxunuşu olmayan sprey formasında köynək yaradıb. Sprey çılpaq insan bədəninə sıxıldığında 15 dəqiqə ərzində idman köynəyinə çevrilir. M. Torresin sözlərinə görə, o, bu uğura London İmperial Kollecinin professoru Paul Lukman ilə birgə imza atıb. Sprey parça pambıq lifləri, polimer və sairə kimyəvi maddədən hazırlanıb. "Mükəmməl, tez və rahat bir material hazırlamaq istədik. Nəticədə çox ucuz və olduqca rahat material əldə etdik", - deyə o bildirib. |