www.nice.az > Xəbərlər > Maradona yaşıl meydana dönür

Maradona yaşıl meydana dönür


9 sentyabr 2010. Müəllif: krik
Maradona yaşıl meydana dönür

Diyeqo Maradona 50 yaşını yaşıl meydanda qeyd etmək fikrinə düşüb. Bunun üçün əfsanəvi argentinalı futbolçu “Napoli” klubunun 1987-90-cı illərdəki heyət üzvlərini bir araya gətirmək fikrindədir.

“Mən “Napoli”nin 80-ci illərin sonu-90-cı illərin əvvəllərindəki heyətində çıxış edən uşaqları bir yerə yığacam. “Napoli”nin həmin heyəti mənim həyatımda ən yaddaqalan dövrü əhatə edir”, - deyə Maradona bildirib.

Maradona hələ ki, bu oyunu təşkil etmək üçün “Napoli” rəhbərliyinə rəsmi müraciət etməyib.

Xatırladaq ki, Diyeqo Maradona Dünya Çempionatı-2010-dan Argentina yığma komandasının baş məşqçisi postundan istefa verib. Argentinalı əfsanə həmin vaxtdan işsizdir.