www.nice.az > Xəbərlər > “Toshiba†noutbuklarını geri çağırır
“Toshiba†noutbuklarını geri çağırır4 sentyabr 2010. Müəllif: krik |
Yaponiyanın iri elektrotexnika istehsalçısı olan “Toshiba†şirkəti bütün dünya üzrə 41 min ədəd noutbukunu geri çağırır. Buna səbəb isə noutbuklarda qızaraq yanma ehtimalının olmasıdır. Geri çağırılan məhsullara əsasən, “Toshibaâ€nın “Satellite T135â€, “Satellite T135D†və “Satellite ProT130†modelləri aid edilir. Artıq indiyədək bununla bağlı sözügedən bu model məhsulları əldə edən alıcılardan 100-dən artıq şikayət daxil edilib. Şikayətçilər əsasən noutbukun korpusunun həddindən artıq qızdığından və adapterində olan nasazlıq səbəbindən yanğının baş verməsindən gileylənirlər. Həmçinin bu tip yanğınlardan əmlakın tələf olduğu və alıcıların yanğın xəsarəti aldığı barədə də məlumatlar var. |