www.nice.az > Xəbərlər > Vaqif Cavadovun “Tvente”dən ayrılmasının səbəbi

Vaqif Cavadovun “Tvente”dən ayrılmasının səbəbi


9 avqust 2010. Müəllif: krik
Vaqif Cavadovun “Tvente”dən ayrılmasının səbəbi

Adı “Tvente”nin əsas komandasının tərkibində Hollandiya çempionatının iştirak ərizəsinə salınmayan millimizin hücumçusu Vaqif Cavadovun karyerasını Ağdamın “Qarabağ” klubunda davam etdirib-etdirməyəcəyi hələ dəqiqləşməyib. Klubun vitse-prezidenti Tahir Gözəl bu gün “Qarabağ”ın kollektivi ilə görüşdə Vaqiflə bağlı qərarın baş məşqçi Qurban Qurbanovun verəcəyini bildirib.

T.Gözəl Cavadovun “Tvente”dən ayrılma səbəbləri haqda da danışıb. Onun sözlərinə görə, Vaqifin Hollandiya klubuna transferində bu komandanın sabiq baş məşqçisi Stiv Maklarenin əməyi çox olub: “Maklaren Vaqifin oyununu görmüş və bəyənmişdi. Əgər o, “Tvente”dən getməsəydi, Vaqifə əsas komandasında oynamağa imkan verəcəkdi. Yeni baş məşqçi isə əsas özünün tanıdığı futbolçuları irəli çəkdi, Vaqifi isə əvəzedici heyətə göndərdi”.
Tahir Gözəlin sözlərinə görə, V.Cavadovun yeni baş məşqçisiylə yola getməməsinə futbolçunun ingilis dilini bilməməsi də səbəb olub: “Mən dəfələrlə demişəm ki, bizim futbolçular mütləq ingilis dilini öyrənməlidirlər. Əgər Vaqif b udili bilsəydi, yeni baş məşqçisinə şəxsən özü fikrini daha dəqiq ifadə edə bilərdi. Çox heyif ki, belə vəziyyət yarandı”.