www.nice.az > Xəbərlər > Qarabağ pley-off da
Qarabağ pley-off da6 avqust 2010. Müəllif: krik |
![]() Ağdamın “Qarabağ†klubu futbol üzrə Avropa Liqasının “pley-off†mərhələsinə yüksəldi. Azərbaycan çempionatının bürünc mükafatçısı turnirin III təsnifat mərhələsində Polşanın “Visla†komandasını mübarizədən kənarlaşdırıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə səfərdə qazandığı 1:0 hesablı üstünlüklə çıxan “Qarabağ†ilk dəqiqələrdə “Vislaâ€nın hücumlarının qarşısını almaqla məşğul olub. Tədricən üstünlüyə yiyələnən komandamız 26-cı dəqiqədə hesabı açıb. Əfran İsmayılov topu başla rəqib qapısından keçirib. Bundan 7 dəqiqə sonra İsmayılovun ötürməsindən sonra Rauf Əliyev yenə başla ikinci topu vurub. 35-ci dəqiqədə isə Georgi Adamiyanın ötürməsi ilə zərbə mövqeyinə çıxan Rəşad Sadiqov hesabı “Visla†üçün biabırçı həddə çatdırıb – 3:0. Fasilədən sonra bir qədər arxayınlaşan “Qarabağ†qapısında iki qol görüb. Pavel Brojek 57-ci, Rafal Boquşki isə 87-ci dəqiqədə fərqlənib – 3:2. Lakin “Vislaâ€nın bundan artığına gücü çatmayıb. Beləliklə, hər iki oyunda rəqibinə bir top fərqi ilə qalib gələn “Qarabağ†5:3 hesablı üstünlüklə Avropa Liqasında daha bir mərhələ adlayıb. Komandamızın “pley-off†mərhələsindəki rəqibi avqustun 6-da atılacaq püşk nəticəsində müəyyənləşəcək. Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun komandası bundan öncə Makedoniyanın “Metallurq†(4:1, 1:1) və Şimali İrlandiyanın “Portadaun†(2:1, 1:1) klublarını mübarizədən kənarlaşdırıb. |