www.nice.az > Xəbərlər > “WİKİLEAKS” saytı ağ evi diz çökdürdü!!!

“WİKİLEAKS” saytı ağ evi diz çökdürdü!!!


1 avqust 2010. Müəllif: krik
 “WİKİLEAKS” saytı ağ evi diz çökdürdü!!!

İyunun 26-da “Wikileaks” saytının NATO-nun Əfqanıstandakı hərbi əməliyytları haqda dərc etdiyi məxfi sənədlər Ağ evi qarışdırıb. Ağ evin sözçüsü Robert Gibbs NBC telekanalaına açıqlamasında bilıdirib ki, məxfi sənədlərin yayımlanması ABŞ-la çalışan əfqanların və müharibə müttəfiqlərinin həyatlarını ciddi təhlükə altına alıb.

Gibbs bunları nəzərə alaraq, Ağ evin hələ mətbuata çıxmayan 15 min sənədi saxlayan şəxsdən bunları yaymamaq xahişi etməkdən başqa çarəsi qalmadığını deyib. Sözçü Talibanın Əfqanıstandakı yad qüvvələrlə işbirliyi quran şəxslərin adlarının təsbit olunması üçün sənədləri araşdıracağını da bildirib.
Qeyd edək ki, məlumatın Qərb mətbuatına kim tərəfindən ötürülməsi araşdırılarkən, şübhələr Amerika ordusunun sabiq əsgəri 22 yaşlı Bredli Maningin üzərində dayanıb. Bredlinin Küveytdən Virginiyadakı əsgər həbsxanasına aparıldığı bildirilir.