www.nice.az > Xəbərlər > "EUROVİSİON-2009"-DA ERMƏNİLƏRİ AZƏRBAYCANLI HAZIRLAYIB
"EUROVİSİON-2009"-DA ERMƏNİLƏRİ AZƏRBAYCANLI HAZIRLAYIB16 may 2009. Müəllif: H5N1 |
![]() “Novosti Armeniyaâ€nın yaydığı məlumata görə, Aslan Əhmədov Ermənistan təmsilçilərinin çıxışını hazırlayan “Fresh Art†şirkətinin təsisçilərindən biridir. O digər təsisçilər David Gevorkov və Aleksandr Siradekyanla birgə Anuş və İnqanın çıxışı üçün xüsusi kompozisiya tərtib edib. “Fresh Artâ€ın rəhbərləri Ermənistan təmsilçilərini “Eurovision-2009â€-a hazırlamaq işinin məhz onlara tapşırılmasından qürur duyduqlarını bildiriblər: “Fəxr edirik ki, qüdrətli və qədim dövlət olan Ermənistanı özündə çoxəsrlik mədəniyyəti və etnosu təcəssüm etdirən qeyri-adi koloritli mahnı ilə təmsil etmək işini bizə həvalə ediblərâ€. Qeyd edək ki, Ermənistan təmsilçilərinin “Eurovision-2009â€-da çıxışının tərtibatı ilə məşğul olan Aslan Əhmədov 1973-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Bakıda İncəsənət Universitetini bitirən Aslan Əhmədov Sankt-Peterburqa köçüb. O orada ermənilər David Gevorkov və Aleksandr Siradekyanla birlikdə “Fresh Art†şirkətini təsis edib. APA-nın müxbiri Ermənistan təmsilçilərinin çıxışını hazırlayan Aslan Əhmədovdan bununla bağlı açıqlama almaq istəsə də, o açıqlama verməkdən imtina edib. |