www.nice.az > Xəbərlər > "MTV Azərbaycan" fəaliyyətə başlayacaq

"MTV Azərbaycan" fəaliyyətə başlayacaq


17 iyul 2010. Müəllif: krik
"MTV Azərbaycan" fəaliyyətə başlayacaq

“MTV”nin Avrasiya üzrə regional direktoru Metyu Qoldsteyn bu gün keçirdiyi mətbuat konfransında “MTV Azərbaycan” kanalının açılacağını bildirib. ANS PRESS-in məlumatına görə, Metyu Qoldsteyn hal-hazırda bu istiqamətdə danışıqların getdiyini deyib: "Bu üzdən də kanalın nə vaxt açılacağına dair dəqiq tarix deyə bilmirəm. Güman edirəm ki, ilin sonunda artıq bununla bağlı konkret qərar qəbul ediləcək və “MTV Azərbaycan” kanalı fəaliyyətə başlayacaq”.

Ölkəmizdə səfərdə olan Metyu Qoldsteyn MTV kanalının Azərbaycanda da fəaliyyətə başlamasının vaxtı yetişdiyini deyib. “MTV-nin Azərbaycanda açılması üçün potensialınız çox güclüdür. Fikrimcə, Azərbaycan musiqi sevən və əsl musiqiyə qiymət verməyi bacaran bir ölkədir. “MTV Azərbaycan” kanalında dünyanın bütün musiqi örnəklərindən istifadə olunacaq. “MTV Azərbaycan”da Azərbaycan musiqiləri ilə yanaşı rus pop, hip-hop janrında musiqilər səslənəcək", - deyə o vurğulayıb.