www.nice.az > Xəbərlər > Reper Hüseyn Dərya 35 illik yubileyini sürprizlərlə qarşılaşıb

Reper Hüseyn Dərya 35 illik yubileyini sürprizlərlə qarşılaşıb


2 iyul 2010. Müəllif: NiXaTo
Reper Hüseyn Dərya 35 illik yubileyini sürprizlərlə qarşılaşıb

Ötən gün paytaxt restoranlarının birində reper Hüsyen Dəryanın 35 yaşı qeyd edilib. Reperin həyat yoldaşı Sona xanımın və fanatlarının ona doğum günündə sürpriz hazırladığı barədə xəbər vermişdik.

Yubiley sürprizi baş tutub. Reperin xanımı Sona Muradovanın bildirdiyinə görə, dünən yubiley gecəsinə bir neçə saat qalmış Hüseyn Dəryaya fanatlarından biri telefon açaraq onu «Flaminqo» restoranında toya dəvət etdiyini bildirib. Yubiley günündə iş başında olmağa qərar verən reper həmin məkana yollanıb və başqa mənzərənin şahidi olub. H.Dərya atəşfəşanlıq və ad gününü tərənnüm edən mahnının sədaları altında qarşılanıb. Məslədən agah olandan sonra yubiley mərasimi gecə saatlarına qədər davam edib.

«Ad gününə Hüseynin həmkarlarından daha çox, yaxın dostu olan müğənni Mehri, prodüser Ronald, tele-aparıcı Samir və başqalarını dəvət etmişdik. İstədik ki, onun ətrafında ən sevimli insanlar olsunlar» - deyə reperin həyat yoldaşı bildirdi.

Fanatlarla yanaşı mərasimdə reperin həyat yoldaşı Sona xanım və 4 yaşlı oğlu Cahangir xüsusilə fəal olublar. Oğlunun adından atasına hədiyyə edilən ad günü tortunu Hüseyn Dərya elə ailəsi ilə birgə kəsib.

Sona xanım onu da dedi ki, gecədə H.Dərya üçün daha bir gözlənilməz sürpriz olub. Belə ki, ailənin tanıdığı Hacılardan biri Hüseynə ailəsi ilə birlikdə Həccə getmək imkanı yaratdığını deyib. Sona xanım həmin şəxsin maddi dəstəyi hesabına bu il noyabrda həyat yoldaşı Hüseyn Dərya ilə birlikdə Həcc ziyarətinə gedəcəyini bildirdi.

H.Dəryaya Həcc ziyarətinə getmək imkanı yaradan fanatı ad günündə ona müqəddəs Quran kitabı da bağışladı.

Xatırladaq ki, tanınmış reper narkotik vasitələrdən istifadə və qanunsuz odlu silah saxlamaqda ittiham edilərək məhkum olunmuşdu.