www.nice.az > Xəbərlər > “Qalatasaray” - “Fənərbaxça” derbisi Bakıda!

“Qalatasaray” - “Fənərbaxça” derbisi Bakıda!


20 iyun 2010. Müəllif: krik
“Qalatasaray” - “Fənərbaxça” derbisi Bakıda!

Dünyanın ən prinsipial qarşılaşmalarından hesab olunan “Qalatasaray” və “Fənərbaxça” oyunu Bakıda keçiriləcək. Fənərbaxça və Qalatasaray saytlarının məlumatlarına görə, barışmaz rəqiblərin arasındakı münasibətlərin istiləşməsinə xidmət edən növbəti layihə İstanbul nəhənglərini Azərbaycana gətirəcək.

Bu yaxınlarda şərikli idman malları mağazası açacaq “Qalatasaray”la “Fənərbaxça”nın ölkəmizə səfəri “Spor Toto” şirkətinin təşəbbüsü sayəsində mümkün olacaq. Belə ki, bu təşkilat təkcə Türkiyədə deyil, bir çox ölkələrdə də sevilən komandalar üçün yeni kubok təsis etmək qərarına gəlib. “Qürbət kuboku” adlanan mükafatın sahibi bir matçdan ibarət derbidə müəyyənləşəcək.

Bu oyunlar isə hər il bir ölkədə - türklərin sıx yaşadığı yerlərdə baş tutacaq. Hər matçda klublar hərəyə 3 milyon türk lirəsi (1545600 manat) qazanacaq. Təşkilatçılar matça pul qoyuluşlarının eksklüziv hüquqlarını “İddaa”ya verir ki, onlar da hər kluba 1 milyon türk lirəsi ödəyəcək. Yayım hüququndan təxminən 1 milyon dollar qazancın əldə olunacağı gözlənilir.

“Qürbət kuboku” matçlarının təxminən 50 min tamaşaçı tutan stadionlarda keçirilməsi və biletin birinin 30 avroya olacağı nəzərdə tutulub.

“Qalatasaray” və “Fənərbaxça” arasında ilk belə oyun Almaniyada keçiriləcək. Berlin, Köln və Düsseldorf arasında seçim etməli olan təşkilatçılar növbəti illərlə bağlı planlarını da açıqlayıb. Belə ki, “Qürbət kuboku” ABŞ, Azərbaycan, Belçika, İsveçrə və Fransada keçirilməlidir.