www.nice.az > Xəbərlər > “Eurovision-2009”da sui-qəsd cəhdi!

“Eurovision-2009”da sui-qəsd cəhdi!


14 may 2009. Müəllif: M1rZ3
“Eurovision-2009”da sui-qəsd cəhdi!

Yarımfinalda iştirak edən müğənnilərdən biri ölüm təhlükəsi qarşısında qalıb

“Eurovision-2009” mahnı müsabiqəsinin birinci yarımfinalına bir neçə saat qalmış sui-qəsd cəhdinin qarşısı alınıb. Rusiya mətbuatına istinadən xəbərinə görə, sui-qəsd hazırlığının qarşısını FTX alıb.

“Olimpiyskiy” İdman Kompleksində FTX kimliyi məlum olmayan insanlar tərəfindən kompleksə yerləşdirilmiş polietilen maddə yüklü bir qutu və 9 millimetrlik 6 güllə tapıb.

Hadisə yerinə gələn təhqiqat qrupu araşdırma apararkən bəlli olub ki, müsabiqədə iştirak edən müğənnilərdən birinə sui-qəsd planlaşdırılırmış.