www.nice.az > Xəbərlər > DÇ-2010 Mükafat fondu 420 milyon dollardır

DÇ-2010 Mükafat fondu 420 milyon dollardır


21 iyun 2010. Müəllif: GHoSTMaN
DÇ-2010 Mükafat fondu 420 milyon dollardır


CAR-da start götürmüş futbol üzrə Dünya Çempionatının mükafatçılarının qazanacaqları məbləğlər açıqlanıb

İspaniyanın «AS» qəzeti yazır ki, ümumi mükafat fondu 420 milyon dollardır. Finalda dünya kubokunu başı üzərinə qaldıracaq milli FİFA-dan 30 milyon dollar alacaq. İkinci yerin sahibi 24, yarımfinalçılar isə hərəyə 18 milyon dollar əldə edəcək.
Qrup mərhələsini aşacaq hər komanda 9 milyon əldə edəcək. Üstəgəl, hər komandaya çıxışının nəticələrindən asılı olmayaraq 8 milyon veriləcək.
Xatırladaq ki, 4 il əvvəl Almaniyada keçirilmiş dünya çempionatının mükafat fondu 300, 2002-ci ildə Cənubi Koreyada düzənlənmiş mundialın mükafat fondu isə 199 milyon dollar olub.