www.nice.az > Xəbərlər > Superkompüterlərin yeni reytinqi dərc edilib

Superkompüterlərin yeni reytinqi dərc edilib


13 iyul 2010. Müəllif: Ancelas
Superkompüterlərin yeni reytinqi dərc edilib


ISC təşkilatı dünya üzrə ən güclü superkompüterlərin yeni siyahısını dərc edib. Belə ki, Jaguar Cray XT5 modeli dünyanın ən güclü superkompüteri olaraq qalır. 1,75 petaflops məhsuldarlıq göstəricisinə malik bu maşın ABŞ Energetika Departamentinin milli laboratoriyasında hazırlanıb.



Yeni siyahının maraqlı məqamı ondan ibarətdir ki, burada reytinqin tarixində ilk dəfə ikinci pillədə Çində yığılmış superkompüter yer alıb. Intel X5650 və NVidia Tesla C2050 prosessorları bazasında Dawning TC3600 blade-sistemi əsasında yığılmış Nebulae superkompüterinin gücü 1,27 petaflops təşkil edir.



Bu sistemin nəzəri baxımdan 2,98 petaflops məhsuldarlıq göstəricisi dünyada ən sürətlisi hesab olunur. Bu zaman sözügedən Jaguar-ın nəzəri maksimal gücü 2,3 petaflopsdur. 2008-ci ildə ilk dəfə petaflops baryerini aşmış Roadrunner sistemi siyahıda üçüncü pillədə yer alıb (1,04 petaflops).




Avropanın isə ən güclü hesablama sistemi reytinqin beşinci yerində təqdim olunmuş IBM BlueGene/P superkompüteri olub. Sistem Almaniyanın "Forschungszentrum Juelich" (FZJ) tədqiqat mərkəzində yerləşdirilib. Onun məhsuldarlıq səviyyəsi 825,5 teraflopsa bərabərdir.


Superkompüterlərin yeni reytinqi dərc edilib