www.nice.az > Xəbərlər > 2 yaşlı siqaret aludəçisi
2 yaşlı siqaret aludəçisi9 iyun 2010. Müəllif: Barbara |
![]() İndoneziyada siqaret aludəçisi olan iki yaşlı uşaq xüsusi müalicə alacaq. Beynəlxalq Uşaqları Qoruma Komissiyasının üzvi Seto Mulyadi yaxın günlərdə uşaq xəstəlikləri üzrə mütəxəssis, psixoloq və tibb bacılarından ibarət xüsusi heyətin gələcəyini və tez bir zamanda müalicəyə başlayacaqlarını bildirib. Onun sözlərinə görə, ciddi müalicə azyaşlını bu ziyanlı vərdişdən xilas edə bilər. Ötən gün oyuncaqlarla başı qatılan Ardi 2 saat siqaret çəkmədən qala bilib. Qeyd edək ki, Ardi adlı uşağın Sumatra adası yaxınlığında evindən çəkilən görüntüləri dünyanı şoka salmışdı. Belə ki, bu görüntülərdə iki yaşlı uşaq bir birinin ardınca siqaret çəkirdi. Bu görüntülərdən sonra onun ailə üzvləri və ətrafındakılar haqqında polis araşdırmaya başlamışdı. Ailə üzvlərinin sözlərinə görə, ona siqaret verilməsə tutmaları tutur, başını divarlara vurur və ağlamağa başlayır. İndoneziya mətbuatının yazdığına görə, Ardini siqaretə atası öyrəşdirib. O, 18 aylıq oğlunda bu ziyanlıə vərdişin formalaşması üçün "əlindən gələni edib". İki yaşlı uşaq hazırda gündə ən az 40 siqaret çəkir. |