www.nice.az > Xəbərlər > Dünyanın ən sürətli prosessoru yaradılacaq
Dünyanın ən sürətli prosessoru yaradılacaq5 iyun 2010. Müəllif: NiXaTo |
![]() “Intel†nümayəndələri “Intel Many Integrated Core†(MIC) arxitekturası bazasında “yüksəksürətli paralel†məsələlərin həlli üçün nəzərdə tutulan çoxnüvəli prosessorların istehsalına dair şirkətin planlarını açıqlayıblar. MIC bazasında “Knights Corner†kod adı altında ilk məhsul 22 nanometrlik texnoloji norma üzrə işlənib hazırlanacaq və 50-dən çox hesablama nüvəsindən ibarət olacaq. Bu, 500 qiqaflopdan yüksək məhsuldarlıqla ən sürətli prosessor olacaq. Bu prosessorun nə vaxt satışa çıxarılacağı hələ bildirilmir. MIC bazasında prosessorların mühəndis-geoloji kəşfiyyat, elmi işləmələr, iqlim modelləşdirilməsi və maliyyə əməliyyatları kimi vacib istiqamətlərdə istifadə olunacağı nəzərdə tutulur. |