www.nice.az > Xəbərlər > Röya fanatlarına lağ elədi...
Röya fanatlarına lağ elədi...30 may 2010. Müəllif: krik |
Müğənni Röya fanatlarından narazıdır. Ən çox fanat ordusuna sahib olan populyar müğənni açıqlamasında bəzi fanatlarının normal həyat tərzi keçirmədiyindən narahat olduğunu bildirib: “Elələri var ki, günlərlə evimin qarşısında dayanırlar ki, mənimlə görüşsünlər. Onları görəndə əsəbiləşirəm, deyirəm ay qız sənin başından yağ axır, axırıncı dəfə nə vaxt çimmisən? Elə oğlan fanatım var ki, həftə ərzində əynini dəyişmir. Üstünə qışqırıb deyirəm ki, ay balam, sənin əynindəki paltarlar iylənmədi? Mənə belə fanatlar lazım deyil!†Müğənni təhsil alan və hansısa bir peşədə çalışan fanatlarına daha artıq dəyər verdiyini deyir: “Bütün gününü heç bir işlə məşğul olmayıb, boş-bekar gəzib mənə fanatlıq etmələrinin tərəfdarı deyiləm. Onlara dəfələrlə söyləyirəm, gedin oxuyun, hansısa peşəyə yiyələninâ€. Digər həmkarlarından fərqli olaraq tez-tez konsertlər verən Röya bu konsertlərdə fanatlarından heç bir xeyir görmədiyini deyir: †Əgər məni belə çox sevirlərsə, mənə fanatlıq edirlərsə. pullarından keçib konsertimə bilet alsınlar. Bunlar isə konsertə havayı girmək üçün mənə yalvarırlar ki, “Röya nə olar, bizi içəri buraxdır da… Valideynlərinə xeyir verməyən xeyirsiz övladdan mən nə gözləyə bilərəm axı? |