www.nice.az > Xəbərlər > Bu gün “Eurovision-2010†mahnı müsabiqəsinin finalıdır
Bu gün “Eurovision-2010†mahnı müsabiqəsinin finalıdır29 may 2010. Müəllif: krik |
![]() Bu gün Osloda “Eurovision-2010†mahnı müsabiqəsinin finalıdır. Gecə saatlarında başlayacaq finalı müsabiqənin ötən ilki qalibi Aleksandr Rıbak açacaq. Finalda 25 ölkə təmsilçisi çıxış edəcək. Çıxış növbəsində ilk beşlik belədir: Azərbaycan, İspaniya, Norveç, Moldova, Kipr. Daha sonra Bosniya və Hersoqovina, Belçika, Serbiya, Belarus, İrlandiya, Yunaınstan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Albaniya, İslandiya, Ukrayna, Fransa, Rumıniya, Rusiya, Ermənistan, Almaniya, Portuqaliya, İsrail təmsilçiləri səhnəyə çıxacaqlar. Final gecəsi Danimarka nümayəndəsinin çıxışı ilə yekunlaşacaq. Bukmekerlər “Eurovision-2010â€-un favoriti kimi Azərbaycanın təmsilçisi Səfurə Əlizadəni göstərirlər. Qələbəyə bir qədər az şansı olanlar isə Ermənistan, İsrail, Danimarka və Türkiyə təmsilçiləridir. Final şousunda müsabiqənin qalibi tamaşaçı və peşəkar münsiflərin səsverməsinin nəticəsi əsasında müəyyənləşəcək. Qalib ölkənin nümayəndəsi keçici mükafatı-xrustal mikrofonu özü ilə aparacaq. |