www.nice.az > Xəbərlər > Bu gün Səfurə Əlizadə `Eurovision` səhnəsinə çıxır
Bu gün Səfurə Əlizadə `Eurovision` səhnəsinə çıxır27 may 2010. Müəllif: krik |
![]() Bu gün Norveçin paytaxtı Osloda Eurovision mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Yarımfinalın bu mərhələsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə “Drip-Drop†kompozisiyası ilə çıxış edəcək. Sıralanmaya əsasən, Azərbaycan 7-ci yerdə, Litva, Ermənistan, İsrail, Danimarka, İsveçrə və İsveçdən sonra səhnəyə çıxacaq. Türkiyə isə 2-ci yarımfinalda sonuncu yerdə çıxış edəcək. Bununla da 17 ölkədən 10-u mayın 29-da keçiriləcək finalda çıxış etmək şansı qazanacaq. Artıq 10 finalçı ölkənin adı məlumdur. Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009â€un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda yarışacaqlar. |