www.nice.az > Xəbərlər > Siqaret kötüyü pası məhv edir
Siqaret kötüyü pası məhv edir23 may 2010. Müəllif: GHoSTMaN |
![]() Sən demə siqaret kötüyündə olan 8 maddə ilə borulardakı paslanmanın qarşısını almaq olar Çinli alimlər siqaret kötüyündəki maddələrin işə yararlı tərəfini kəşf ediblər. Araşdırma nəticəsində, suya batırılan siqarət kötüyündə 9 kimyəvi maddə aşkar olunub. Bu maddələri N80 adlanan poladdan hazırlanmış neft borularında tətbiq edən alimlər maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, həmin maddələr paslanmanın qarşısını alır. Çin dövlətinə məxsus Çin Beynəlxalq Neft Anonim Şirkətinin maliyyə dəstəyi ilə aparılan araşdırmanın rəhbəri Jiatonq Universitetinin nümayəndəsi Jun Zhao, aralarında nikotinin də olduğu kimyəvi maddələrlə metal səthinin qoruna bildiyini, həmçinin polad borulardakı karroziyanı əngəlləndiyini deyib. Araşdırmaya görə, hər il ətraf mühitə 4,5 trilyon siqaret kötüyü atılır. Siqaret balıqlar üçün öldürücü olur. Alimlər siqaret kötüyünün yenidən emalının problemi həll edəcəyini, ancaq emaldan sonra kötüklərdən praktikada istifadənin çətin olduğunu bildirirlər. Neft borularının çürüməsi və köhnəlməsi neft şirkətlərinin ən böyük problemlərindən biridir. Şirkətlər, boruları təmir etmək ya da yenisi ilə əvəzləmək üçün külli miqdarda pul xərcləyir. Çin 300 milyon aludəçi ilə dünyada ən çox siqaret çəkənlərin olduğu ölkədir. Dünyada çəkilən siqaretlərin üçdə biri Çində çəkilir. İndi bir çoxlarını hətta dəmirdəki pası belə məhv edən siqaret kötüklərinin insan orqanizminə vura biləcəyi zərər düşündürür. |