www.nice.az > Xəbərlər > Milanda boşanma yarmarkası açılır
Milanda boşanma yarmarkası açılır7 may 2010. Müəllif: krik |
![]() Milanda boşanma yarmarkası açılır İtaliyada ölkə tarixində ilk dəfə …boşanma yarmarkası keçiriləcək. Yerli mətbuatın yazdığına görə, mayın 8-i və 9-da təşkil olunacaq yarmarkada boşanmağa hazırlaşan və ya artıq ailəsi dağılmış şəxslər iştirak edəcəklər. Burada peşəkar məsləhətçilər onlara boşanmanın düzgün yolunu göstərəcək, bu işlərin əvvəlcədən necə planlaşdırılmalı olduğunu izah edərək, boşanma zamanı mübahisələrdən yayınmağın yollarını açıqlayacaqlar. «Yarmarkanın təşkilində məqsəd ayrılmağa qərar vermiş cütlüklərin bunu ağrısız, mehriban şəkildə reallaşdırmasına kömək etməkdir», - deyə məlumatda bildirilir: «Bu yarmarkada ən vacib olanı təbəssümdur». |