www.nice.az > Xəbərlər > Madonna və Cenifer Lopes Bakıya gələcək
Madonna və Cenifer Lopes Bakıya gələcək9 may 2009. Müəllif: H5N1 |
![]() Sentyabrda Heydər Əliyev adına idman-konsert kompleksində “Eurovision-2009†rəqs müsabiqəsi keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov “Exo Planetı†jurnalına müsahibəsində müsabiqəyə 16 ölkədən idman rəqqaslarının qatılacağını bildirib: “Biz bu siyahıda Gürcüstan, Türkiyə, İtaliya, İsveçrə, Almaniya və digər ölkələrin də idman rəqqaslarının adını görmək istərdik. İstərdik ki, bu şounun aparıcısı dünya şöhrətli ulduzlar, məsələn, Madonna, yaxud Cenifer Lopes olsun. Lakin indi bu barədə çox danışmaq istəmirəm – danışıqlar davam edir. Yalnız onu xatırlatmaq istəyirəm ki, Azərbaycan “Eurovision†rəqs yarışmasında ilk dəfə ötən il iştirak edib. Qlazqoda keçirilən müsabiqədə Eldar Cəfərov və Anna Sajina cütlüyü fəxri beşinci yeri tutublar. Daha sonra bu rəqqaslar Azərbaycana dünya çempionatının qızıl medalını gətirdi. Avropa Yayım Birliyinin qərarına görə, teleşou bütün dünya ölkələrinə yayımlanacaq, avropalı auditoriya evdə televiziya qarşısında əyləşərək iştirakçılara səs verə biləcəklərâ€. |