www.nice.az > Xəbərlər > 3 yaşlı uşaq öldü-dirildi

3 yaşlı uşaq öldü-dirildi


24 aprel 2010. Müəllif: krik
3 yaşlı uşaq öldü-dirildi

Almaniyada tibbi cəhətdən ölən 3 yaşlı uşaq bir neçə dəqiqə sonra dirilib. Hadisə Lyhen şəhərində baş verib. Belə ki, Paul adlı uşaq nənəsigilin həyətində oynayarkən gölə düşüb və boğulub. Nənə uşağı sudan çıxarsa da artıq gec olub və o, nəfəs almayıb. Buna baxmayaraq, azyaşlı dərhal helikopter vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin sayəsində uşağın ürəyi 18 dəqiqədən sonra yenidən fəaliyyətini bərpa edib.

Tibbi personal bunun möcüzə olduğunu bildirib. "Bu yaşdakı uşaqlar suyun altında sadəcə bir neçə dəqiqə qalsalar belə həyata geri dönə bilmirlər", deyə həkimlər vurğulayıblar.

Ancaq Paulun həkimləri və ailəsini təccübləndirməsi bununla bitməyib. Ölümdən qayıdan uşaq "cənnətdə nənəm Emmi ilə birlikdə idim. O, mənə geri qayıtmalı olduğumu dedi", deyə bildirib.