www.nice.az > Xəbərlər > Başı getdikcə böyüyür

Başı getdikcə böyüyür


23 aprel 2010. Müəllif: Barbara
Başı getdikcə böyüyür

Doğumdan bir ay sonra anormallığı fərq edilən Emre Aslanın başı, normal başdan 4 qat böyükdür. Çobanlıq edən Xəlil və ev xanımı Selvi Aslan cütünün 4üncü uşağı olan Emre Aslan, müalicə olmaq üçün kömək əli gözləyir. Dərdli ana Selvi Aslan, başı davamlı böyüyən oğlu Emrenin yeriyə bilmədiyini və öz-özünə bəslənə bilmədiyini, hazırladığı maye qidalarla oğulunu yaşatmağa çalışdığını ifadə edib,və müalicəsinin edilməsini xahiş edib.

Başı getdikcə böyüyür

Normal doğumla dünyaya gələn Emrenin anası Selvi Aslan, "Emre doğulduqdan bir ay sonra başı böyüməyə başladı və xəstələndi. O zaman Erciyes Universiteti Tibb Fakültəsinə apardıq. Bu xəstəxanada 5 ay müddətlə müalicə görməsinə baxmayaraq yaxşılaşmadı . O gündən bəri evdə baxmağa çalışıram. Ancaq oğlum gözlərəmin qarşısında solub gedir. Oğulumun müalicəsinin edilməsini, sağlamlığına qovuşmasını istəyirəm" dedi.


Başı getdikcə böyüyür

Selvi Aslan, üçüncü uşağı 14 yaşındakı Emrullahın da belində və qıçında şikəstlik olduğunu, keçirdiyi əməliyyata baxmayaraq heç cür sağlamlığına qovuşa bilmədiyini və hələ də axsayaraq yeridiyini izah edərkən, həkimlərin hər iki uşağın vəziyyətini qohum evliliyinə bağladığını izah etdi.