www.nice.az > Xəbərlər > İslam peyğəmbəri Amerikada təhqir olunub

İslam peyğəmbəri Amerikada təhqir olunub


17 aprel 2010. Müəllif: krik
İslam peyğəmbəri Amerikada təhqir olunub

İslam peyğəmbəri Amerikada təhqir olunub

Seriallardan birində üzü göstərilməyən İslam peyğəmbəri ayı kostyumu geyinmiş adam kimi nümayiş olunub

Amerikada telekanallardan birində nümayiş olunan, siyasi, ictimai və gündəlik hadisələrin təndiqi dillə təqdim olunduğu “South Park” adlı animasiya serialının 200-cü seriyasında Hz. Məhəmməd (ə.s.) təhqir olunub. Serialda, müsəlmanların filmlərdə peyğəmbərin üzünü göstərməmək barədə nümayiş ettirdiyi həssasiyyət ələ salınıb. Belə ki, filmin yaradıcı heyəti güya üzünü göstərmək istəmədikləri İslam peyğəmbərini ayı kostyumu geyinmiş adam kimi nümayiş ediblər.

Müsəlmanların sərt reaksiyasına məruz qalan hissənin filmdən çıxarılması gözlənilir.

Qeyd edək ki, “South Park” filmində 2006-cı ildə də belə bir addım atılmış, filmdə nümayiş olunan Hz. Musa, Hz. İsa və Hz. Məhəmməd (ə.s.) xarakterləri müsəlmanların kəskin reaksiyası ilə qarşılanmışdı.